Ukraynada döyüşən xarici könüllülərin sayı AÇIQLANDI

07.08.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynanı hazırda dünyanın azı 72 ölkəsindən gəlmiş xarici könüllülər də müdafiə edir.
Turkustan.az xəbər verir ki, bunu Ukraynanın hərbi ombudsmanı Olqa Reşetilova xaricdəki diplomatik nümayəndəlik rəhbərlərinin müşavirəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən xarici könüllülərin sayı təxminən 16 min nəfərdir.

Reşetilova qeyd edib ki, bu könüllülərin təxminən 40 faizi Latın Amerikası ölkələrinin vətəndaşlarıdır.

Hərbi ombudsman xarici könüllülərin Ukraynanın müdafiəsində mühüm rol oynadığını vurğulayıb./modern.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью