Ukraynada dron hücumunda ölən azərbaycanlı dəfn olundu

02.10.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Sentyabrın 27-də Kiyev şəhərinə dron hücumu nəticəsində həlak olan 48 yaşlı Azərbaycan vətəndaşı Abbas Abbasovun cənazəsi ölkəyə gətirilib.

Lent.az APA-ya istinadla bildirir ki, mərhum Kürdəmir rayonunun Pirəköçəli kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью