Ukraynada elektrik enerjisi kəsilib

11.02.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bu gün Rusiya Federasiyasının kütləvi raket hücumları səbəbindən Ukraynada fövqəladə elektrik enerjisi kəsilib.
Reyting.az
xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.
“Ukraynanın enerji sisteminə hücum davam edir. Gecə saatlarında düşmən qaz infrastrukturuna hücum edib. Bu gün səhər saatlarından etibarən enerji sektoru yenidən hədəfə alınıb. Enerji sistemi üçün mümkün nəticələri minimuma endirmək məqsədilə ötürücü sistem operatoru təcili olaraq elektrik enerjisinin məhdudlaşdırılması üzrə fövqəladə tədbirlər həyata keçirir”, - deyə G. Qaluşenko əlavə edib.
Onun sözlərinə görə, təhlükəsizlik vəziyyəti imkan verən kimi hücumun nəticələrinə aydınlıq gətiriləcək: “Rəsmi hesabatları izləyin. Nə qədər ki, təhlükə davam edir, sığınmaq lazımdır”.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью