Ukraynada enerji böhranı ciddi problemlər yaradacaq

20.11.2025

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Ukrayna artıq elektrik enerjisi çatışmazlığını yaşayır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə keçmiş baş naziri Nikolay Azarov deyib.
Onun sözlərinə görə, Kiyev rejimi Amerikanın köməyi olmadan qışdan çıxa bilməyəcək.
"Mən bilirəm ki, amerikalılar hazırda Ukraynanın enerji sektorunu öyrənirlər, yəni mütəxəssislərlə görüşür və onları dəvət edirlər. Çünki, Kiyev rejiminin heç bir mütəxəssisi yoxdur. Buna görə də onlar hazırda Kiyevin qışdan çıxmasına kömək etmək imkanlarını araşdırırlar", - deyə Azarov bildirib.
Qeyd edək ki, Ukraynada elektrik enerjisinin kütləvi kəsilməsi noyabrın əvvəlində, hakimiyyət orqanları enerji infrastrukturunun növbəti dəfə pozulması barədə məlumat verdikdən sonra başlayıb.
Fuad
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью