Ukraynada ərzaq qıtlığı yaranıb AZƏRTAC ın REPORTAJI

14.08.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev, 14 avqust, AZƏRTAC

Son dövrlər Rusiya ordusunun Ukraynanın böyük şəhərlərində, o cümlədən paytaxt Kiyev və onun bölgəsində yerləşən ərzaq anbarlarına, logistika mərkəzlərinə endirdiyi intensiv hava zərbələri nəticəsində bu ölkədə ərzaq qıtlığı yaranıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Kiyevin böyük marketlərində gündəlik ərzaq məhsullarının çatışmazlığı hiss olunur. Piştaxtalar boşdur və həmin yerlərdə “Bu məhsulların olmamasının günahkarı Rusiyadır!” yazılıb.

Yerli ekspertlər isə hesab edirlər ki, böyük ərzaq anbarlarının və logistika mərkəzlərinin intensiv vurulması tendensiyası davam edərsə, qarşıdakı aylarda vəziyyət daha da acınacaqlı ola bilər. Yerli əhali arasında da ajiotaj yaşanır, gündəlik ərzaq məhsulları alınaraq, ehtiyat saxlanılır.

AZƏRTAC mövzu ilə bağlı foto və videoreportajı təqdim edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью