Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ukrayna rəhbərliyi son nəticədə səfərbərlik yaşını 18-ə endirmək qərarına gəlməli olacaq".Teleqraf.com xəbər verir ki, bunu "Bloomberg" ə müsahibəsində ABŞ-nin Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.Ceyk Sallivan bildirib ki, səfərbərlik yaşının aşağı endirilməsi barədə müvafiq qərarı yalnız Kiyev verə bilər.“Ukrayna orduda əsgər çatışmazlığını həll etməlidir”, - Sullivan vurğulayıb.ABŞ prezidentinin məsləhətçisinin sözlərinə görə, Ukraynada hərbi kadr çatışmazlığı problemi münaqişənin ilk günündən var.
Lakin bu problem 2024-cü ildə, xüsusilə kəskinləşib.Amerika lideri Co Baydenin administrasiyası artıq yeni prezident Donald Trampın komandasına Ukraynada əsgər çatışmazlığı ilə bağlı məlumat verib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.