Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak oldu

30.05.2025

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

Yenisabah.az Teleqraf-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Şahmar Elianur oğlu Mustafayev cəbhə bölgəsində həyatını itirib.

Hazırda yaxınları 37 yaşlı həmyerlimizin nəşini Rusiyadan gətirməyə çalışırlar.

Məlumat üçün bildirək ki, Ş.Mustafayev cari ilin fevral ayında Rusiya-Ukrayna müharibəsinə qatılmışdı.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən digər Gəncə sakininin də həlak olması barədə məlumat verilmişdi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью