Ukraynada gəmi partlayıb: Həlak olanlar var

24.07.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Ukraynanın Odessa vilayətində dibdərinləşdirən gəminin partlaması nəticəsində üç nəfər həlak olub.

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları İdarəsi məlumat yayıb.

Gəminin göyərtəsində 11 nəfər olub. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerində müvafiq xidmətlərin əməkdaşları işləyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью