Ukraynada gərgin gecə: 440 dan çox PUA ilə hücum... FOTO+VİDEO

17.06.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsinə qarşı genişmiqyaslı hava hücumu həyata keçirdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya 440-dan çox pilotsuz uçuş aparatı (PUA) və 32-yə yaxın müxtəlif tipli raketlə hücum edib.

Zelenski bu hücumu Kiyevə indiyədək endirilən "ən dəhşətli zərbələrdən biri" adlandırıb.

Hücumlar təkcə paytaxt Kiyevlə məhdudlaşmayıb. Prezidentin sözlərinə görə, eyni zamanda Kiyev vilayəti, Odessa, Zaporojye, Çerniqov, Jitomir, Kirovoqrad və Nikolayev vilayətləri də raket və PUA hücumlarına məruz qalıb.

Aysel,

BakuPost









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью