Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna hava döyüşündə tarixi qələbə qazandı: Qərb istehsalı F-16 qırıcı təyyarəsi ilk dəfə olaraq Rusiya istehsalı Su-35-i vurdu.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov ötən gün Su-35 qırıcısının vurulması haqda “Bild”in materialına istinadla qeyd edib.
O bildirib ki, döyüş Ukraynanın şimal-şərqində baş verib: “Sum vilayətinin müdafiəsi çərçivəsində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın ölkə daxilində və qonşu Kursk vilayətindəki mövqelərinə aviazərbələr endirib.
Cavab olaraq Rusiya Hərbi-Kosmik Qüvvələri havada üstünlük əldə etmək üçün yüksək texnologiyalı Su-35 qırıcı təyyarəsini döyüşə göndərib.
Lakin rus pilot pusquya düşdüyündən xəbərsiz idi: ABŞ istehsalı olan F-16 ilə birlikdə havaya qalxan İsveçin Saab 340 AEW&C radar təyyarəsi Su-35-i sərhəddən 200-300 km məsafədə aşkar edərək koordinatları F-16-ya ötürb.
ABŞ-ın F-16 qırıcısı AIM-120 raketini buraxıb və Su-35 Rusiya ərazisində, Kursk vilayətinin Korenevo şəhəri yaxınlığında, sərhəddən 16 km aralıda vurulub.
Pilot katapult edərək xilas olub. Ukrayna qırıcıları itkisiz şəkildə bazaya qayıdıb.