Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.
“Qafqazinfo” xəbər verir ki, Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar Kiyevdə hava həyəcanı siqnalının elan olunduğunu göstərir.
Bundan əlavə, Ukrayna mediası Odessada da partlayışların baş verdiyini bildirir. Odessa bölgəsi üçün də hava həyəcanı elan edilib.