Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

20.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynada adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlının işinə yenidən baxılacaq.

Axar.az xəbər verir ki, bu barədə Misir Qasımlı özünün İnstaqram səhifəsində məlumat yayıb.

“Haqqımda son günlərdə azadlığa çıxdığımla bağlı xəbərlər yayılır. Məhkəmədə qalib gəlmişəm, 8 illik həbsim ləğv olunub. İş yenidən birinci instansiya məhkəməsinə göndərilib və işə yenidən baxılacaq”, - Qasımlı bildirib.

Mətbuatda da Kiyev Ali Məhkəməsinin M.Qasımlının barəsində çıxarılmış 8 illik azadlıqdan məhrumetmə hökmündən verilən kassasiya şikayətinə baxaraq qərar qəbul etdiyi barədə məlumatlar yayılıb.

Məhkəmə kollegiyası apardığı araşdırma nəticəsində aşağı instansiya məhkəmələrinin işin icraatı zamanı ciddi prosessual pozuntulara yol verdiyini müəyyən edib. Bu əsasla əvvəlki qərarların ləğv edilməsi və cinayət işinin yenidən araşdırılması üçün aidiyyəti üzrə Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.

Qeyd edək ki, Ukrayna məhkəməsi 2022-ci ilin dekabrın 7-də Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevi 8 il müddətinə azadlıqdan məhrum etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью