Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın azadlığı uğrunda döyüşlərdə iştirak edən, əslən Azərbaycanın Bərdə rayonundan olan İlyas Abdullayev həlak olub.
Modern.az-ın məlumatına görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı bildirib ki, İlyas Abdullayev Ukrayna vətəndaşı idi.
37 yaşlı İlyas Mütəllim oğlu Abdullayev Sumı vilayətində gedən döyüş əməliyyatları zamanı komandanlığın xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Bərdə rayonunda anadan olan İ.Abdullayev Ukraynanın Jovti Vodi şəhərində yaşayırdı. O, sinəsində Ukraynanın dövlət bayrağı ilə yanaşı, Azərbaycan bayrağını da gəzdirirdi.
Ailəli olan İlyas Abdullayevdən üç övladı yadigar qalıb.
Məlumata görə, şəhid hərbçi ilə vida mərasimi oktyabrın 18-də, yerli vaxtla saat 12:00-da Ukraynanın paytaxtında keçiriləcək. Daha sonra onun nəşi ailəsinin yaşadığı və rəsmi qeydiyyatda olduğu Dnepropetrovsk vilayətinin Kamyansk rayonundakı Jovti Vodi şəhərinə aparılacaq.