Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Bu ilin sentyabr ayının sonunadək Ukraynaya qarşı müharibədə azı 490 min rusiyalı hərbçi həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Meduza” haker hücumu nəticəsində ələ keçirilmiş “Rosstat”ın sənədlərinə istinadla məlumat yayıb.
Məlumata görə, ölümlərin qeydiyyata alınmasındakı gecikmələr nəzərə alınarsa, həlak olanların real sayı 720 mini ötə bilər:
“İki məlumat bazasının təhlili nəticəsində 2021-ci ilin əvvəlindən 2026-cı il sentyabrın 29-dək olan dövr üzrə ölüm halları ilə bağlı təxminən 11,66 milyon unikal qeyd əldə edilib”.