Ukraynada hərbi vəziyyət ləğv edilə bilərmi?

17.02.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna ilə Rusiya arasında atəşkəslə bağlı razılığın əldə olunması hərbi vəziyyətin ləğvi demək olmayacaq .

Axar.az xəbər verir ki, bu barədə Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodor Venislavski məlumat verib.

"Atəşkəs hərbi vəziyyətin ləğvi demək deyil. Hərbi vəziyyətin ləğvi o zaman mümkündür ki, hərbi vəziyyətin hüquqi rejimi haqqında qanunda nəzərdə tutulan təhlükələr aradan qalxsın", - o qeyd edib.

Venislavskinin sözlərinə görə, müvəqqəti atəşkəs hərbi vəziyyətin tətbiqinə səbəb olan təhlükələri aradan qaldırmır.

O əlavə edib ki, hərbi vəziyyətin mümkün ləğvinin vaxtı, xüsusən, Rusiya qoşunlarının çıxarılmasından, təhlükəsizlik təminatlarından və danışıqların nəticələrindən asılıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью