Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mixail Fedorovun müdafiə naziri vəzifəsindən kənarlaşdırılmasından sonra Ukraynanın qərbindəki Lvovda mitinq başlayıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, mitinq "Obşçestvennoe Novosti" nəşrinin “YouTube” kanalında canlı yayımlanıb.
Görüntülərdə meydanda toplaşan çox sayda etirazçının olduğu görünür. Onlar əllərində plakatlar tutub, Fedorovu dəstəkləyən şüarlar səsləndirərək, onun nazir olaraq qalmasını tələb edirlər.
Onlar həmçinin "Utanc!" deyə qışqıraraq, naziri işdən çıxarmaq qərarına və Ukrayna Silahlı Qüvvələrindəki korrupsiyaya görə hakimiyyəti tənqid edirlər.
İyulun 14-də Rada Baş nazir Yuliya Svırıdenkonu istefaya göndərdi və bu, avtomatik olaraq bütün kabinetin istefasına səbəb oldu. Cümə axşamı günü Rada Sergey Koretskini yeni baş nazir təyin etməlidir.
Lakin əsas intriqa Fedorovun yeni hökumətdə yerini qoruyub saxlayıb-qalmayacağı idi. Çərşənbə axşamı Vladimir Zelenski ilə Fedorov arasında görüşdən sonra onun həqiqətən də müdafiə naziri vəzifəsindən istefa verəcəyi açıqlandı.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin