Ukraynada iki klub birləşdi

07.01.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Ukrayna klub futbolunda zəruri hadisə baş verib. Premyer-liqanın iki təmsilçisi birgə bəyanat yayıb. “Karpatı” və “Rux” klubları birləşdiklərini elan ediblər.

"Football-plus.az" xəbər verir ki, hər iki klub Lvovu təmsil edir. Hazırda komandalar turnir cədvəlində qonşu pillələrdədilər: “Karpatı” Ukrayna premyer-liqasında 17 oyuna 24 xalla 6-cı, “Rux” isə 23 xalla 7-ci yeri tutur. Qərar 2025/26 mövsümündən qüvvəyə minəcək. Klublar cari mövsümü isə ayrıca başa vuracaqlar.
Yeni klubun əsas bazası “Karpatı”nın heyəti ilə formalaşacaq, “Rux” isə 2025-ci ilin yayından akademiyanın fəaliyyəti ilə məşğul olacaq. Birgə bəyanatda belə deyilir:

“Çətin dövrümüzdə belə bir məqsəd qeyri-standart hərəkətlər və həllər tələb edir. Məhz buna görə də hər iki klubun təsisçiləri və rəhbərləri “Karpatı” futbol klubunu inkişaf etdirmək üçün güclərini birləşdirməyə qərar veriblər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью