Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində ölüb

07.06.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynanın Odessa vilayətindəki Zatoka kurortunda iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın KİV-ləri Odessa vilayəti polisinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, partlayış iki nəfər dənizdə çimən zaman baş verib. Onların şəxsiyyətləri hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью