Ukraynada ilginc təklif: miyovlayan pişiklərə qadağa qoyulsun

16.11.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynada ilginc müzakirələr başlayıb.

Globalinfo.az xəbər verir ki, Lvovda şəhər tramvaylarında görünən “Mənim pişiyimin ilk sözü miyavdur!” reklam şüarı ətrafında qeyri-adi mübahisə yaranıb.

Bu barədə ukraynalı jurnalist İlko Lemko “Zahid” nəşrinin köşə yazısında məlumat verib.

O, reklamda rusca “miyov”un işlədilməsindən narazılığını bildirib:

“Fikrimcə, ukraynalı pişik “nyav” deməlidir. Reklam şüarını yaradanlar İQ səviyyələrini yüksəltsinlər”.

Deputat Maksim Buzhanski vəziyyəti yumoristik şəkildə şərh edib.

O, “miyovlayan” pişiklərə məhdudiyyətlərin tətbiq edilməsini təklif edib.

Günel Cəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью