Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Aprelin 1-nə keçən gecə Rusiya qoşunları 2025-ci ildə ilk dəfə olaraq Ukraynanın dinc şəhərlərinə heç bir kütləvi PUA və ya raket hücumu həyata keçirməyib.
“AzPolitika” xəbər verir ki, Ukrayna mətbuatı bu barədə Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinə istinadla məlumat yayıb. Mərkəzin rəhbəri Andrey Kovalenko sosial şəbəkədə yazıb: "PUA hücumları olmayıb. Biz buna nəzarət etməyə davam edəcəyik, çünki bu, hələlik heç nə demək deyil".
Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ruslar Ukraynaya gün ərzində zərbələr endiriblər.
“AzPolitika.info”