Ukraynada ilyarımda 33 mindən çox əsgər fərarilik edib

30.09.2026

525.az saytına istinadən Icma.az xəbər verir.

2024-cü ilin sentyabrın 23-dən bu il fevralın 16-a kimi Ukraynada hərbi hissələri özbaşına tərk edən hərbçilərin sayı açıqlanıb.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Məlumatda yuxarıda göstərilən müddətdə 33826 fərarilik faktının qeydə alındığı bildirilir. Bu günə kimi 12575 fərari tapılıb. Onlar ya məsuliyyətə cəlb edilib, ya da hərbi hissələrə qaytarılıb. Bu, fərarilərin cəmi 37 faizi deməkdir.

Məlumatda tapılmayan fərarilərin axtarışlarının davam etdirildiyi də əksini tapıb. Onların bir hissəsinin ölkəni tərk etdiyi güman olunur.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью