Ukraynada kadr böhranı dərinləşir

06.08.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynada işçi çatışmazlığı dərinləşir, işəgötürənlərin 78 faizi kadr qıtlığından şikayətlənir.

Redaktor.az xəbər verir ki, bu nəticə "OLX Rabota" platforması ilə Avropa Biznes Assosiasiyasının (AEB) birgə apardığı araşdırmada ortaya çıxıb.

Araşdırmaya əsasən, Ukraynada işəgötürənlərin 78 faizi əməkdaş çatışmazlığı ilə üzləşdiyini bildirib.

Məlumata görə, kadr qıtlığı ən çox istehsal, xidmət, topdansatış ticarəti və tikinti sahələrində hiss olunur.

Sorğuda iştirak edən işəgötürənlərin 67 faizi cari və gələn il vəziyyətin daha da pisləşəcəyini gözlədiyini qeyd edib.

Sorğu avqustun əvvəlində Kiyevin nəzarətində olan ərazilərdə fəaliyyət göstərən müəssisələrin rəhbərləri arasında telefon müsahibələri əsasında aparılıb.

Bildirilir ki, iyul ayında Ukrayna müəssisələrinin 71 faizi işçi qüvvəsinin çatışmadığını bəyan edib. Problem xüsusilə Kirovoqrad, Çernovtsı, Lvov, Çerkası, Dnepropetrovsk, Poltava və Jitomir vilayətlərində daha qabarıq hiss olunur.

Qeyd edək ki, 2026-cı ilin may ayında ölkədə sahibkarların 69 faizi kadr çatışmazlığından şikayətlənmişdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью