Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynada korrupsiya səbəbindən 2022-ci ilin əvvəlindən etibarən müxtəlif səviyyəli büdcələrin ən azı 15,7 milyard dollar itirdiyi iddia edilir.
Sherg.az xəbər verir ki, bu barədə RİA Novosti Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun (NABU) statistik məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin əvvəlindən dərc olunan doqquz hesabatın məlumatlarına əsasən, bu dövrdə Ukrayna büdcəsinin korrupsiya səbəbindən itkiləri ən azı 703 milyard qrivna, yaxud 15,7 milyard dollar təşkil edib.
Qeyd olunur ki, statistikaya yalnız NABU-nun araşdırmaq səlahiyyətində olduğu cinayətlər daxil edilib. Bunlara rüşvət, vəzifədən sui-istifadə, qanunsuz varlanma, bəyannamələrdə yanlış məlumatların göstərilməsi, çirkli pulların yuyulması və digər hüquq pozuntuları daxildir.