Ukraynada mənzil qiymətləri 20% dən çox artıb

23.11.2026

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynada mənzil qiymətləri artmaqda davam edir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Statistika Xidmətinin məlumatına görə , daşınmaz əmlak qiymətləri 2026-cı ilin iyul-sentyabr ayları arasında ötən ilin üçüncü rübü ilə müqayisədə 21,5% artıb.Ən böyük qiymət artımı yeni binalarda qeydə alınıb: ilkin bazarda mənzillərin qiyməti 23,6% artıb. Təkrar bazarda isə artım bir qədər az — 20,5% olub.

Qiymətlər rüb ərzində də artıb. Aprel-iyun ayları ilə müqayisədə Ukraynada mənzil qiymətləri daha 2,7% artıb.Məlumat verildiyi kimi, Ukraynada istehlak qiymətlərinin artımı sentyabr ayında 2,1%-ə qədər sürətləndikdən sonra oktyabr ayında 1,8%-ə qədər yavaşlayıb . Bununla yanaşı, illik hesablamada - 2025-ci ilin oktyabr ayı ilə müqayisədə - Ukraynada inflyasiya səviyyəsi 11,0%-ə çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью