Ukraynada məşhur aktrisa dünyasını dəyişib

06.04.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

…Məşhur teatr və kino aktrisası Taisiya Litvinenko bazar günü, aprelin 6-da 91 yaşında vəfat edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə ukraynalı aktrisa Rimma Zyubina Facebook-da məlumat verib.

…Əbədi və parlaq xatirə! Taisiya İosifovna Litvinenko. Ailəsinə başsağlığı verirəm! - o yazıb.

Mərhum ən böyük şöhrətini "İki dovşanı qovmaq" sovet komediyasında Ximka rolunu oynadıqdan sonra qazanıb. Litvinenko həm də Lvov Milli Dram Teatrının ulduzu olub.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью