Ukraynada “Mi 24“ helikopteri döyüş tapşırığından geri qayıtmayıb

09.02.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Silahlı Qüvvələrinə aid "Mi-24" helikopteri döyüş tapşırığından geri qayıtmayıb, ekipaj üzvləri həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Xerson" 11-ci əlahiddə ordu aviasiyası briqadası "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

"Təəssüf hissi ilə itki barədə bildiririk. Silahdaşlarımız - "Mi-24" helikopterinin heyəti döyüş tapşırığından qayıtmayıb. Onlar əsl vətənpərvər, ləyaqətli insanlar və nümunəvi zabitlər idilər", - briqadanın məlumatında bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью