“Ukraynada müharibə daha 3 il davam edəcək”

15.10.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

“Ukraynalılar Rusiya ilə daha üç il vuruşmağı planlaşdırır və Avropa ölkələri Moskvanın regiona dərin zərbələr endirə biləcəyinə hazır olmalıdırlar”.

Missiya.Az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

O, ABŞ Prezidenti Donald Trampın Rusiya infrastrukturuna zərbələri gücləndirmək üçün Ukraynanı uzaqmənzilli “Tomaqavk” raketləri ilə təmin edəcəyinə ümid etdiyini bildirib.

Sikorski qeyd edib ki, Avropanı qorumaq üçün Ukraynaya daha çox döyüş sursatı, zenit silahları, yaxın və orta mənzilli silahlar vermək lazımdır.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью