Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ukraynada müharibə döyüşlə yox, diplomatiya yolu ilə bitəcək”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, bu müharibə nə qədər uzun sürərsə, bir o qədər çox insan itkisi olacaq.
"Biz hətta eskalasiya ehtimalını da görürük. Son bir neçə gündə rekord sayda zərbələr gördük və həmçinin pilotsuz təyyarələrdən istifadəni də müşahidə edirik. ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, lazım gələrsə, Rusiya Federasiyasına qarşı əlavə sanksiyaların tətbiqi ehtimalı var", - deyə siyasətçi vurğulayıb.
Rubio qeyd edib ki, bu müharibə mümkün qədər tez başa çatmalıdır.
"Əgər bu baş verməsə, Donald Tramp gələcəkdə bu təcavüzün baha başa gəlməsi üçün tədbirlər görəcək", - deyə siyasətçi bildirib.
Daşqın Həsənov
Missiya.Az