Ukraynada müharibədə ölən uşaqların sayı 700 ü keçib

04.06.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Ukraynada müharibə başlayandan bəri Rusiyanın hücumları nəticəsində 707 uşaq ölüb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Rusiya tərəfindən öldürülən uşaqların anım günü” ilə bağlı “X” hesabında yazıb.

Zelenski müharibə nəticəsində minlərlə uşağın xəsarət aldığını, qaçırıldığını və taleyinin naməlum olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью