Ukraynada müharibəni dayandırmaq mümkün deyil Politoloq

31.01.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


“Rusiya-Ukrayna müharibəsi elə bir mərhələyə çatıb ki, artıq geri dönüş görünmür. Nə Rusiya, nə də Ukrayna müharibəni dayandırmaq niyyətində deyil. Hər iki tərəf bütün hərbi qüvvə və silah-sursatını, əsgərini müharibəyə cəlb edib. Belə olan halda müharibəni dayandırmaq mümkün deyil. Vəziyyət çox çətin və mürəkkəbdir”.

Bunu Bakupost.az -a politoloq Samir Hümbətov deyib.


O qeyd edib ki, bu müharibədə Avropa İttifaqı Ukraynanı dəstəkləyir və silahlandırır:

"Əgər Rusiya savaşı davam etdirib Ukraynada üstünlük qazanarsa, gələcəkdə Avropa üçün ciddi təhlükə yarana bilər. Bu səbəbdən indiki vəziyyətdə Rusiya-Ukrayna müharibəsinin belə bir mərhələyə çatması Avropanı ciddi narahat edir".

Sevinc,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью