Icma.az, Axar.az saytına istinadən bildirir.
Ukraynanın şəhərlərini müdafiə etmək üçün “Patriot” sistemlərinə ehtiyacı var, lakin Qərb müttəfiqlərindən raketlərin təhvil verilməsi daha vacib olardı.
Axar.az xəbər verir ki, bunu ukraynalı aviasiya eksperti Valeri Romanenko bildirib.
“Bizim ən çox ehtiyac duyduğumuz şey “Tomahavk” və HİMARS üçün ən son ballistik raketlərdir. Amerikalılar hazırda iki növ raket hazırlayırlar. Onlar 500 km-ə qədər mənzilə malik PrSM hazırlayırlar. Bundan əlavə, eyni sistemlər üçün 1000 km mənzilə malik raket istehsal olunur. Əgər biz bu raketləri alsaydıq, müharibənin gedişatı tamamilə dəyişərdi. Çünki bu raketlərlə biz artıq Rusiyanın Moskvadakı raket istehsalını məhv edə bilərdik”, - deyə Romanenko bildirib.
O əlavə edib ki, bu raketlər Ukraynaya Rusiyanın paytaxtı ətrafında qurulmuş hava və raket müdafiə sistemlərini məhv etməyə imkan verəcək.