Ukraynada müharibəyə münasibət Sorğu

14.10.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Sosiologiya İnstitutunun “Ukrayna cəmiyyəti, dalğa 2025” monitorinq layihəsinə istinad edən “RBK-Ukrayna” telekanalı belə məlumat yayıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 40,9%-i qələbəyə tam, 34%-i isə bir qədər əmindir. Onların 6,1%-i buna qətiyyən, 12,6%-i isə müəyyən mənada əmin deyil.
Ukraynanın hazırkı hərbi imkanları ilə bağlı da fikirlər bölünüb: 7,2% onların ümumiyyətlə yaxşı, 39,5% isə qənaətbəxş olduğuna inanır. Ümumilikdə respondentlərin 41,6%-i ölkənin imkanlarını pis qiymətləndirir.
Həmçinin, ukraynalıların beynəlxalq dəstəyə münasibətlərinin necə dəyişdiyi də öyrənilib. 2025-ci ilin sentyabrında vətəndaşların 25,4%-i beynəlxalq yardımın səviyyəsini çox yaxşı, 54,7%-i qənaətbəxş, yalnız 20%-i isə çox pis hesab edib.
Hesabatda qeyd olunur ki, sonuncu tədqiqatın sahə mərhələsi 2025-ci il sentyabrın 9-dan oktyabrın 8-dək davam edib. 1835 respondentdən ibarət seçmənin statistik səhvi 95% etibarlılıq səviyyəsində və 1,1 dizayn effekti 2,4%-dən çox deyil.
Eyni zamanda, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) məlumatına görə, 2025-ci ilin sentyabrında ukraynalıların əksəriyyəti (62%) lazımi qədər müharibəyə dözməyə hazır olduqlarını bildirib.
“Demokratik Təşəbbüslər Fondu” və “Razumkov Mərkəzi”nin 2025-ci ilin avqustunda keçirdiyi sorğuya əsasən isə, respondentlərin mütləq əksəriyyəti (73%) Rusiyaya qarşı müharibədə Ukraynanın qələbəsinə inandığını təsdiqləyib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью