Ukraynada NATO nun Ordu Qərargahı yaradılır

06.09.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Kiyevdə Fransa və Böyük Britaniyanın iştirakı ilə çoxmillətli qüvvələrin qərargahının formalaşmasına başlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna teleqram kanalları məlumat yayıb.

Məlumata görə, bu, Rusiya ilə atəşkəs olacağı təqdirdə hərəkətləri əlaqələndirmək üçün NATO və müttəfiq ölkələrin dəstəyi ilə yaradılan struktur olacaq.

Qərargaha rəhbərliyi Böyük Britaniya və Fransa birgə həyata keçirəcək.

Məlumata görə, qərargahı komandanlığı əvvəlcə Parisdə yerləşəcək, daha sonra isə Londona köçürülməsi planlaşdırılır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью