525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna höküməti ölkəni qanunsuz tərk edən kişilərə amnistiya tətbiq edəcək.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə keçmiş xarici işlər naziri Dmitri Kuleba bildirib.
2022-ci ilin fevralından ölkədə ümumi səfərbərlik elan olunduqdan sonra hərbi xidmətdən yayınmaq məqsədilə Ukraynanı xeyli insan tərk edib. Onların bir hissəsi ölkədən qeyri-qanuni yolla çıxıb. Hökumət bunun qarşısını almaq və hərbçi çatışmazlığını aradan qaldırmaq üçün bu addımı atmağa hazırlaşır.
Qeyd edək ki, bu ilin əvvəlinə olan məlumata görə, Rusiya ilə müharibə başlayandan ölkəni 470 min nəfər qanuni şəkildə tərk edib. Sərhəddi qeyri-qanuni keçənlərin sayı isə 70 min civarındadır.
L.Tağıyeva