“Ukraynada onlayn seçkilər keçirilə bilər” Zelenski

06.11.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə onlayn seçkilərin keçirilməsi imkanına baxıla biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, belə bir qərar qəbul edilərsə, parlament müvafiq hüquqi və təşkilati mexanizmlər hazırlamalı olacaq.
Ukrayna lideri hərbçilərin seçkilərin keçirilməsinə qarşı olduğunu da qeyd edib. Bunun səbəbi isə onların səsvermədə iştirak etmək imkanlarının olmamasıdır.
“Əsgərlər seçkilərin keçirilməsinə qarşıdırlar, çünki səs vermək imkanları yoxdur. Milyonlarla insan səngərlərdədir və texniki baxımdan onlar üçün səsvermə təşkil edə bilmirik. Hərbçilərin səs verə bilmədiyi şəraitdə seçkilərin keçirilməsi ədalətsizlikdir”, – deyə Zelenski vurğulayıb.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью