Ukraynada partlayışlar oldu Ölkədə elektrik enerjisi kəsildi

01.02.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın beş bölgəsində, həmçinin Donetsk Xalq Respublikasının Kiyevin nəzarətində olan ərazilərində və Zaporojya vilayətində fövqəladə elektrik enerjisi kəsilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın “Ukrenerqo” enerji şirkəti məlumat yayıb.

“Raket hücumu ilə əlaqədar Xarkov, Sumi, Poltava, Donetsk, Dnepropetrovsk, Zaporojya və Kirovoqrad vilayətlərində fövqəladə dayandırmalar həyata keçirilib”, - məlumatda deyilir.

Fevralın 1-i səhər saatlarında bütün Ukraynada hava hücumu həyəcanı elan edilib. Yerli media ölkənin bir sıra bölgələrində sirenlər sədaları altında silsilə partlayışların baş verdiyini yazıb.

Rusiya ordusunun Ukraynanın Poltava şəhərindəki yaşayış binasına raket zərbələri nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью