Ukraynada Poroşenkonun ətrafına qarşı əməliyyat

12.03.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Dövlət Təhqiqat Bürosunun əməkdaşları sabiq prezident Petro Poroşenkonun hakimiyyəti dövründə Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini tutmuş Yuri Fyodorovun evində axtarışlar aparıblar.

Oxu.Az TASS-ə istinadən xəbər verir ki, bunu P.Poroşenkonun rəhbərlik etdiyi "Avropa Həmrəyliyi" partiyasından deyiblər.

Ehtimal edilir ki, Ukrayna hökuməti Y.Fyodorova və onun keçmiş əməkdaşlarına P.Poroşenko əleyhinə hansısa ifadələr almaq, atəşkəs və mümkün seçki ərəfəsində siyasi arenanı "təmizləmək" üçün təzyiq göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью