Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 19-u gecəsi Rusiyanın Ternopilə birgə hava hücumu nəticəsində 9 nəfər həlak olub.
“Cebheinfo.az”-ın məlumatına görə, 20-dən çox insan yaralanıb.
Bu barədə Ukraynanın Baş naziri Yuliya Siviridenko məlumat verib. Baş nazir daxili işlər naziri, Ternopil, Lvov və İvano-Frankivsk vilayətlərinin rəhbərləri ilə onlayn görüş keçirib. O, Rusiya hücumunun nəticələri və sonrakı işlər barədə hesabatları dinləyib.
Onun sözlərinə görə, Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri dağıntıları təmizləyir. Təcili yardım məntəqələri fəaliyyətdədir.
Bundan əlavə, insanları dəstəkləmək üçün əlavə infrastruktur, o cümlədən istiləşmə və yemək məntəqələri yerləşdirilib. Müstəntiqlər cinayəti sənədləşdirmək üzərində işləyirlər:
"Hökumət bölgələrlə əlaqə saxlayır və bütün lazımi yardımı göstərəcək".
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin