Ukraynada Rusiyanın hücum etdiyi qaz kəməri işləyir

07.08.2025

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çərşənbə günü Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmış Ukraynanın cənubundakı "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib.

Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın qaz nəqli şirkəti məlumat yayıb.

"Tədarük əvvəlki qaydada həyata keçirilir. Cümə axşamı Rumıniya ilə sərhəd yaxınlığında yerləşən "Orlovka" vasitəsilə 0,42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır", - operatorun nümayəndəsi bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью