Ukraynada səfərbərlik: 160 min hərbçi ilə bağlı plan hazırlanır | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna 2025-ci ilin fevralına qədər əlavə 160 min hərbçini cəlb etməyi planlaşdırır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" nəşri məlumat verib.
Nəşrin məlumatına görə, insan qüvvəsi, xüsusən də piyada qoşunlarının çatışmazlığı Ukrayna üçün ən böyük problem olaraq qalır.
Kiyevin əlavə 160 min hərbçinin çağırmasının səbəbi də budur.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hesab edir ki, bu addım hərbi hissələrin tələb olunan sayının yalnız 85%-ni doldura biləcək.
Lakin xarici hərbi ekspertlər və adı çəkilməyən yüksəkvəzifəli Kiyev rəsmisi bu məqsədə nail olunacağına şübhə ilə yanaşırlar.
Onlar hesab edirlər ki, 100 minə nəfərə qədər insanın hərbi xidmətə çağırılması realdır və bu, kadr çatışmazlığını yarıya qədər doldura bilər.
Tam oxu
Xəbəri oxu