Ukraynada səfərbərlik 2025 ci ilin avqustuna qədər uzadıldı

16.04.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ali Rada Ukraynadakı hərbi vəziyyət və səfərbərliyi 2025-ci il avqustun 6-dək üç ay uzadıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 357 deputat hərbi vəziyyətin, 346 deputat isə səfərbərliyin uzadılmasına səs verib.

Yalnız bir deputat, Aleksey Qonçarenko, buna qarşı çıxıb. Hər iki qanun layihəsi Ukrayna prezidenti Zelenski tərəfindən aprelin 15-də təqdim edilib. Bu, Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin 15-ci dəfə uzadılmasıdır.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью