Ukraynada silahların susması üçün kritik dönüş nöqtəsindəyik

16.05.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ukraynada silahları susdurmaq və sülh üçün zəmin yaratmaq üçün kritik bir dönüş nöqtəsindəyik. Keçmişdə olduğu kimi, hərtərəfli atəşkəs prioritetimiz olmaqla, həll üçün hər cür səyə öz töhfəmizi veririk".


Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın paytaxtı Tiranada keçirilən 6-cı Avropa Siyasi Birliyinin Zirvə toplantısında çıxışında deyib.

Ərdoğan, birlik, əməkdaşlıq əsasında və ortaq ruh ilə hərəkət etməyin hər zamankından daha vacib olduğunu vurğulayıb.

Nurlana Əhmədova
Missiya.Az



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью