Ukraynada silahlı şəxs McDonald s a hücum edib

07.08.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Ukraynanın Çerkassı şəhərində silahlı şəxs "McDonald's" restoranına hücum edib və atışma səsləri eşidilib.

Bu barədə Oxu.Az TSN.ua-ya istinadən xəbər verir.

Nəşrin həmsöhbətlərinin dediyinə görə, atəş açan şəxsin içəri soxulduğu məkandan ziyarətçilər təxliyə ediliblər.

"Yaralı kişi elə hücum edən şəxsin özüdür. O, özünü yaralayıb. Onunla danışıqlar aparmaq üçün həyat yoldaşı gətirilib. Onun tələblərinin nə olduğu hələlik məlum deyil", - deyə o bildirib.

Daha sonra atəş açan şəxsin 1992-ci il təvəllüdlü Boyarşinov adlı yerli sakin olduğu müəyyən edilib. Müdafiə Qüvvələrindəki mənbələrin verdiyi məlumata görə, o, naməlum silahdan atəş açan hərbçidir. O, hazırda xəstəxanadadır.

"Bu adam özünü tualetə qapadıb və özünə xəsarət yetirib. Hazırda xəstəxanaya yerləşdirilib", - deyə hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər.

Ondan başqa heç kim zərər görməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью