Ukraynada Starlink məhdudiyyətləri hələ də qüvvədədir Zelenski

23.10.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ukrayna ərazisində “Starlink” peyk internetinin fəaliyyətinə tətbiq edilən məhdudiyyətlər hələ də qüvvədədir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Novosti.Live” nəşrinə açıqlamasında bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna bir neçə istiqamətdə sistemin işini yoxlayıb və sürət məhdudiyyəti saatda 161 kilometr səviyyəsində qalır.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “SpaceX” şirkətinin rəhbəri İlon Maskla Ukraynada “Starlink” terminallarına tətbiq edilən məhdudiyyətlər barədə danışmadığını bildirib. O, problemin hələ də həll olunmadığı təqdirdə Maskla əlaqə saxlayacağını qeyd edib.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью