Icma.az, 525.az portalına istinadən məlumat verir.
Kiyevdə naməlum şəxs Reproduksiya Genetikası İnstitutunun sahibi və baş həkimi İqor İlyinə pnevmatik tapançadan atəş açmaqla onu qətlə yetirmək istəyib.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında klinikanın girişində baş verib.
Motosikletlə həkimə yaxınlaşan naməlum şəxs ona ümumilikdə 20 güllə atıb. Güllələrdən 6-ı həkimin başına, 14-ü isə bədəninə dəyib. Daha sonra onu təpikləyən cinayətkar hadisə yerindən uzaqlaşıb. 71 yaşlı İlyin möcüzə nəticəsində sağ qalıb. Hazırda xəstəxanada olan yaralının vəziyyəti ağırdır.
Qeyd edək ki, polisin cinayətkarı isti izlərlə ələ keçirməsi mümkün olmayıb. Tutulacağı təqdirdə onu 15 illik həbs cəzası gözləyir.
L.Tağıyeva