Ukraynada terror törədən şəxs erməni Voskanyan imiş

15.12.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ukrayna Təhlükəsizlik Xidməti Milli Polislə birlikdə Dneprdə terror aktı törədən şəxsi saxlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Bildirilib ki, onun erməniəsilli Dnepropetrovsk vilayətinin sakini olduğu üzə çıxıb.

Mənbələrin məlumatına görə, şübhəli şəxs Ruben Voskanyandır. Dneprdə Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinin binası yaxınlığında əldəqayırma partlayıcıları işə salanın məhz o olduğu güman edilir.

Qeyd edək ki, partlayış nəticəsində bir nəfər ölüb, iki polis də daxil olmaqla, yaralananlar var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью