Ukraynada təxminən 800 min silah itkin düşüb

29.07.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın “Fatto Quotidiano” qəzetinin məlumatına görə, 2022-ci ilin əvvəlindən bəri Ukraynada 780.465 silah itirilib və ya oğurlanıb.

Gununsesi.info xəbər verir ki, jurnalistlərin sözlərinə görə, silahların əksəriyyəti Nikolayev, Kiyev və Donetsk bölgələrində yoxa çıxıb və ya qara bazara düşüb, ya da mafiyanın əlinə keçib.

Nəşrdə həmçinin Palermo prokuroru Mauritsio De Lusiyadan sitat gətirilir. O, mütəşəkkil cinayətkarlığın, xüsusən də Cosa Nostra mafiya qrupunun Ukraynadakı münaqişə nəticəsində qara bazara çıxan silahlara marağını qeyd edib.

Prokurorun sözlərinə görə, mafiya ən çox dronlarla, o cümlədən döyüş yükü daşıya bilən dronlarla maraqlanır.

Maqsud

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью