Ukraynada Uşaqların Müdafiəsi Gününün tarixi dəyişdirildi

30.05.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ukraynada Uşaqların Müdafiəsi Günü artıq 1 iyunda qeyd olunmayacaq. Bu tarix noyabrın 20-nə keçirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "RBC-Ukrayna" ölkə Prezidenti Volodimir Zelenskinin 355 saylı fərmanına istinadən məlumat verib.

Məlumata görə, Zelenski Uşaqların Müdafiəsi Gününü 20 Noyabr - Ümumdünya Uşaqlar Gününə keçirmək qərarına gəlib.

Əvvəllər Ukraynada Uşaqlar Günü hər il yayın ilk günü - 1 iyunda qeyd olunurdu.

Bildirilib ki, fərman uşaqların müdafiəsini milli prioritet kimi müəyyən etmək, həmçinin uşaqların hüquq və mənafelərinin müdafiəsi üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə qəbul edilib. Sənəddə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü hələ 1949-cu ilin noyabrında təsis edilib. Bu, Parisdə Qadınların Beynəlxalq Demokratik Federasiyası Şurasının sessiyasında baş verib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ildə 51 ölkədə qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью