Ukraynada xanım deputat mandatı ləğv edildi SƏBƏB | Icma.az
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir. Ukrayna Ali Radası korrupsiya ittihamı ilə üzləşən "Xalqın Xidmətçisi" partiyasını
BAKU.WS xəbər verir ki, bu barədə onun həmkarı Yaroslav Jeleznyak teleqram kanalında paylaşım edib.
İrina Kormışkinaya qarşı 20 milyon qrivendən (hazırkı məzənnə ilə təxminən 500 min dollar) çox dəyərində aktivlər alması ilə bağlı ittiham irəli sürülüb.
Jeleznyakın sözlərinə görə, Kormışkinanın vəzifədən uzaqlaşdırılması üçün 246 deputat səs verib.
Bununla da Ukrayna parlamentində deputatların sayı 400-ə düşüb.
O, əlavə edib ki, daha əvvəl mandatdan imtina edənlərin əksəriyyətindən fərqli olaraq, Kormışkina mandatını təhvil verməzdən əvvəl şəxsən çıxış edib.
2025-ci ilin yanvar ayının əvvəlində Kormışkina əmlakı ilə bağlı elektron bəyannaməyə yalan məlumat daxil etməkdə şübhəli bilinmişdi.
Yanvar ayının sonunda isə Kormışkinanın qanunsuz varlanması ilə bağlı iş çərçivəsində onun həyat yoldaşı da şübhəli bilinib.
Tam oxu
Xəbəri oxu