Ukraynada yaralanan “Zvezda” telekanalının əməkdaşı bir ay sonra xəstəxanada ölüb

24.04.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Rusiyanın “Zvezda” telekanalının hərbi müxbiri Nikita Qoldin Ukraynada müharibə zonasında başından qəlpə yarası aldıqdan bir ay sonra xəstəxanada ölüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, martın 24-də jurnalistin getdiyi avtomobil Mixaylovka kəndi yaxınlığında HİMARS raketi ilə vurulub.

O zaman “İzvestiya”nın üç əməkdaşı - müxbir Aleksandr Fedorçak, operator Andrey Panov və sürücü Aleksandr Sirkeli həlak olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью